Dini ayinlərin icraçısı təyin edilən qadınların sayı açıqlandı

İndiyə qədər 30 qadın dini ayinlərin icraçısı təyin edilib.

Metbuat.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, onlar qaydalara uyğun olaraq müsahibədən keçiblər.

"Müsahibədən keçdikdən sonra müvafiq məscidlərə təyinatları verilib. Bu cür təyinatlar, əsasən, cümə məscidlərinə verilir. Qadın dini ayinlərin icraçısı heç də məsciddə dini ayinləri icra edən şəxs deyil. Yəni imamlıq funksiyasını yerinə yetirmir. İmamın tapşırığı ilə məscidə gələn qadınların dinlə, islamla bağlı suallarını cavablandırır", - deyə M.Qurbanlı əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR