Bu ölkədən İsrailə 24 raket atıldı

Livan ərazisindən İsrailin şimalına 24 raket atılıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusu radiosu açıqlama verib. Açıqlamada deyilir ki, raketlərin atıldığı ərazilərdə xəbərdarlıq siqnalları işə düşüb. Hücumda tələfatın olmadığı qeyd edilib. Qeyd edək ki, HƏMAS-ın hücumundan sonra İsrail və Livan sərhədində də gərginlik artıb.

Livandakı Hizbullah qüvvələri İsrail ərazisinə hücumları intensivləşdirib. İsrail ordusu da hücumlara cavab verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR