Qaz limiti ilə bağlı vacib xəbər: Dekabrın 31-də...

Hər ilin sonunda abonentlərin qaz limiti yenilənir. İstehlak olunan qazın 1 kubuna görə ödənişlə bağlı 3 mərhələ təsdiq olunub.

Birinci mərhələ 1200 kuba qədərdir və bu rəqəmə qədər sərf olunan qazın 1 kubuna görə abonent 12 qəpik ödəyir. 1200-dən 2500 kubmetrə qədər olan aralıqda istifadə olunan qazın hər bir kubuna görə abonent 20 qəpik ödəyir. Abonent 2500-dən daha artıq istifadə olunan qazın hər bir kubuna görə isə 25 qəpik ödəyir.

Bəs bu il nə qədər abonent limiti keçib?

Metbuat.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, abonentlərin yarıdan çoxu limiti keçib:

““Smart-kart” tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, yəni 00.00-da sıfırlanacaq. Mexaniki sayğalar isə yanvarın 5-6-dək sıfırlanacaq. Abonentlərin 50,6 faizi isə limiti keçməyib. Geridə qalan abonentlər isə limiti keçmiş hesab olunur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR