Yüzlərlə yük maşını gömrük-keçid məntəqələrində gözləyir

Gömrük-keçid məntəqələrində müşahidə edilən sıxlıqla bağlı məlumat açıqlanıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Metbuat.az-a bildirilib ki, ümumilikdə gömrük-keçid məntəqələrində 1104 yük maşını gözləyir.

“Qırmızı Körpü” gömrük postunda 700, Astara gömrük postunda 274, “Biləsuvar” gömrük postunda 70, “Mazımqara” gömrük postunda 16, “Samur” gömrük postunda 38 və “Xanoba” gömrük postunda 6 yük maşını keçid üçün dayanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR