Qəbələ rayonunun Nohurqışlaq kəndi və Oğuz rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Oğuz rayonunun Kərimli kəndi ərazisində D219 mm-lik yerüstü orta təzyiqli daşıyıcı qaz xətti üzərində ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Xaçmaz, Xaçmaz Qışlaq, Dəymədərə, Sincan, Tərkeş, Dəymədağlı, Böyük Söyüdlü və Qarabulaq kəndlərində ümumilikdə 2 244 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.