İsrail Prezidenti İsxak Hersoq “Yaşar” partiyasının sədri Qadi Ayzenkota yeni hökuməti formalaşdırmağı həvalə edəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, “Ynet” bu barədə prezident administrasiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, Ayzenkot sabah prezident iqamətgahında keçiriləcək səlahiyyətlərin təhvil-təslim mərasiminə dəvət olunub.

Yeni hökuməti formalaşdırmaq üçün ona 28 gün vaxt veriləcək. Zərurət yaranarsa, prezident bu müddəti daha 14 gün uzada bilər.