Dünyaca məşhur futbol məşqçisi Joze Mourinyonun qızının sosial şəbəkədə paylaşdığı tətil fotoları müzakirələrə səbəb olub. Dəniz kənarında çəkilən görüntülər qısa zamanda diqqət mərkəzinə düşüb.
Mətbuat.az xarici mediaya istinadən xəbər verir ki, Mourinyonun qızı İnstaqram hesabında bikinidə dəniz kənarında çəkilmiş fotolarını paylaşıb. Sözügedən görüntülər sosial şəbəkələrdə gündəm olduqdan sonra diqqətlər məşhur məşqçinin reaksiyasına yönəlib.
İddialara görə, Joze Mourinyo qızının paylaşdığı fotolardan narazı qalıb və onların sosial şəbəkə hesabından silinməsini istəyib.
Mourinyonun qızının tətil fotoları sosial mediada müzakirə olunmağa davam edir.