"Kəpəz"dən 16 transfer - SİYAHI

"Kəpəz"dən 16 transfer -   SİYAHI
15:47 30 İyun 2015
196 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqaya qayıdan "Kəpəz" heyətini gücləndirməkdə davam edir. Fanat.az хəbər verir ki, Gəncə klubu artıq 16 futbolçu ilə güclənib.


Onlardan üçü - Ziyabil Məmmədov, Məhərrəm Hüseynov və Tural Rzayev Gəncədə keçirilən seleksiya xarakterli toplanışdan sonra komandaya dəvət olunub. 


"Kəpəz" bu futbolçuları heyətinə qatıb: Eyyub Əliyev (İnter), Tural Axundov (Simurq), Elvin Cəbrayıllı (Ağsu), Xəzər Qəribov (Şuşa), Şəhriyar Əliyev, Tərlan Quliyev (hər ikisi “Qarabağ”), Murad Ağakişiyev (Neftçala), Tural Nərimanov, Ceyhun Cavadov (hər ikisi “Rəvan”), Azad Kərimov (Bakı), Kərim Diniyev, Şəhriyar Rəhimov (hər ikisi AZAL), Bəxtiyar Soltanov (Qəbələ), Ziyabil Məmmədov, Məhərrəm Hüseynov, Tural Rzayev.


Qeyd edək ki, "Kəpəz"in ötən mövsüm "Simurq"da icarə əsasında çıхış edən "Neftçi"yə məхsus qapıçı Rəşad Əzizlini də heyətinə qadığı deyilirdi. Amma hələlik bu хəbər təsdiq olunmayıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotdn-16-transfer-t42045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR