Argentina millisinin və “İnter Mayami” klubunun ulduzu Lionel Messi ABŞ futbolunda növbəti tarixi uğura imza atıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu MLS-in 2026-cı il normal mövsümünü bombardir kimi başa vuraraq daha bir rekorda imza atıb. Messi keçirdiyi 31 qarşılaşmada 26 qol vuraraq “Qızıl buts” mükafatının sahibi olub.
Bununla da argentinalı superulduz MLS tarixində bu mükafatı ardıcıl iki mövsüm qazanan ilk futbolçu kimi tarixə düşüb.
Messi bombardirlər yarışında ən yaxın izləyiciləri Petar Musanı 4, Sem Sarrici isə 5 qol qabaqlayıb.
Xatırladaq ki, o, 2025-ci il mövsümündə də 35 qolla çempionatın ən məhsuldar futbolçusu olmuşdu.b
Messinin 2026-cı il mövsümündəki statistikası bununla da məhdudlaşmayıb. Argentinalı ulduz 26 qolla yanaşı, 13 məhsuldar ötürmə də verib.