Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Fanat.az хəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.
III təsnifat mərhələsində 29 cütlük mübarizə aparacaq. Püşkatmaya II təsnifat mərhələsinin 33 cütü və mübarizəyə bu mərhələdən başlayacaq 25 klub qatılacaq.
Püşkatmada iştirak edəcək 91 klub arasında iki Azərbaycan təmsilçisi var. Premyer Liqanın gümüş və bürünc mükafatçıları - "İnter"lə "Qəbələ"nin gözü Nyonda olacaq. Onlar bu mərhələdə iştirak etmək üçün müvafiq olaraq "Hafnarfyordur" (İslandiya) və "Çukariçki" (Serbiya) səddlərini keçməlidilər.
Hər iki klubumuzun mübarizə apardığı cütlük püşk zamanı "Səpələnməmişlər" səbətində yer alacaq. Bu isə onların daha güclü rəqiblərlə qarşılaşması deməkdi. "İnter"lə "Qəbələ"nin potensial rəqibləri arasında Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Atletik", İtaliyanın "Sampdoriya", İngiltərənin "Sautqempton", Fransanın "Bordo", Hollandiyanın "Alkmaar" kimi klublar var.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 30 iyul, cavab qarşılaşmaları 6 avqust tariхlərində keçiriləcək.
Avropa Liqası
III təsnifat mərhələsi
30 iyul - 6 avqust
Səpələnmişlər
Borussiya (Dortmund, Almaniya)
Rubin (Rusiya)
Atletik (İspaniya)
Alkmaar (Hollandiya)
Standard (Belçika)
Bordo (Fransa)
Sampdoriya (İtaliya)
Vitoriya (Portuqaliya)
Sent-Etyenn (Fransa)
Sürix (İsveçrə)
Slovan (Çexiya)
Sauthempton (İngiltərə)
Krasnodar (Rusiya)
Belenenseş (Portuqaliya)
Vorskla (Ukrayna)
Atromitos (Yunanıstan)
Zarya (Ukrayna)
Kopenhagen (Danimarka)//Nyu Taun (Uels)
Lokomotiva (Xorvatiya)//PAOK (Yunanıstan)
Trabzonspor (Türkiyə)//Differdanj (Lüksemburq)
Legiya (Polşa)//Botoşani (Rumıniya)
Vest Hem (İngiltərə)//Birkirkara (Malta)
Riyeka (Xorvatiya)//Aberdin (Şotlandiya)
Reykyavik (İslandiya)//Rusenburq (Norveç)
Randers (Danimarka)//Elfsborq (İsveç)
Koper (Sloveniya)//Hayduk (Xorvatiya)
Yagelloniya (Polşa)//Omoniya (Cənubi Kipr)
Apollon (Cənubi Kipr)//Trakai (Litva)
Hapoel (Beer-Şeva, İsrail)//Tyun (İsveçrə)
Səpələnməmişlər
Vitess (Hollandiya)
Yablonets (Çexiya)
Şturm (Avstriya)
AEK (Cənubi Kipr)
Hapoel (Kiryat-Şmona, İsrail)
Başakşəhərspor (Türkiyə)
Tırqu Mureş (Rumıniya)
Altax (Avstriya)
Hafnarfyordur (İslandiya)//İnter (Azərbaycan)
Çukariçki (Serbiya)//Qələbə (Azərbaycan)
İnverness (Şotlandiya)//Astra (Rumıniya)
Çerno More (Bolqarıstan)//Dinamo (Belarus)
Mlada (Çexiya)//Stromsqodset (Norveç)
AİK (İsveç)//Şirak (Ermənistan)
Kayrat (Qazaxıstan)//Alaşkert (Ermənistan)
Yelqava (Latviya)//Rabotniçki (Makedoniya)
Skonto (Latviya)//Debretsen (Macarıstan)
Şaxtyor (Belarus)//Volfsberger (Avstriya)
Vaduts (Lixtenşteyn)//Nomme Kalyu (Estoniya)
Beroe (Bolqarıstan)//Brondbü (Danimarka)
Kukesi (Albaniya)//Mladost (Çernoqoriya)
Şarlerua (Belçika)//Beytar (İsrail)
Spartak (Slovakiya)//Linfild (Şimali İrlandiya)
Slovan (Slovakiya)//Kollec (İrlandiya)
Ferensvaroş (Macarıstan)//Jelezniçar (Bosniya və H.)
Voyvodina (Serbiya)//Spartak (Latviya)
Şemrok Rovers (İrlandiya)//Odd Qrenland (Norveç)
Daçiya (Moldova)//Jilina (Slovakiya)
Slask (Polşa)//Göteborq (İsveç)
Fanat.az