III təsnifat mərhələsində 29 cütlük mübarizə aparacaq. Püşkatmaya II təsnifat mərhələsinin 33 cütü və mübarizəyə bu mərhələdən başlayacaq 25 klub qatılıb.
II təsnifat mərhələsinin ilk oyununda "Hafnarfyordur"u (İslandiya) 2:1 hesabı ilə yenən "İnter" mərhələ keçsə, İspaniyanın "Atletik" klubu ilə qarşılaşacaq.
II təsnifat mərhələsinin səfərdəki ilk oyununda "Çukariçki"yə (Serbiya) 0:1 hesabı ilə yenilən "Qəbələ" isə mərhələ keçsə böyük ehtimalla Cənubi Kiprin "Apollon" klubu ilə qarşılaşacaq. Belə ki, bu komanda evdəki ilk oyunda Litvanın "Trakai" klubunu 4:0 hesabı ilə yenib.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 30 iyul, cavab qarşılaşmaları 6 avqust tariхlərində keçiriləcək.
Avropa Liqası
III təsnifat mərhələsi
30 iyul - 6 avqust
Atletik (İspaniya) - Hafnarfyordur (İslandiya)//İnter (Azərbaycan)
Çukariçki (Serbiya)//Qələbə (Azərbaycan) - Apollon (Cənubi Kipr)//Trakai (Litva)
Randers (Danimarka)//Elfsborq (İsveç) - Şemrok Rovers (İrlandiya)//Odd Qrenland (Norveç)
Sauthempton (İngiltərə) - Vitess (Hollandiya)
Slovan (Çexiya) - Hapoel (Kiryat-Şmona, İsrail)
Şaxtyor (Belarus)//Volfsberger (Avstriya) - Borussiya (Dortmund, Almaniya)
AİK (İsveç)//Şirak (Ermənistan) - Atromitos (Yunanıstan)
Standard (Belçika) - Ferensvaroş (Macarıstan)//Jelezniçar (Bosniya və H.)
Vest Hem (İngiltərə)//Birkirkara (Malta) - İnverness (Şotlandiya)//Astra (Rumıniya)
Yelqava (Latviya)//Rabotniçki (Makedoniya) - Trabzonspor (Türkiyə)//Differdanj (Lüksemburq)
Beroe (Bolqarıstan)//Brondbü (Danimarka) - Yagelloniya (Polşa)//Omoniya (Cənubi Kipr)
Altax (Avstriya) - Vitoriya (Portuqaliya)
Koper (Sloveniya)//Hayduk (Xorvatiya) - Mlada (Çexiya)//Stromsqodset (Norveç)
Krasnodar (Rusiya) - Slovan (Slovakiya)//Kollec (İrlandiya)
Sürix (İsveçrə) - Çerno More (Bolqarıstan)//Dinamo (Belarus)
Kayrat (Qazaxıstan)//Alaşkert (Ermənistan) - Riyeka (Xorvatiya)//Aberdin (Şotlandiya)
Daçiya (Moldova)//Jilina (Slovakiya) - Vorskla (Ukrayna)
Alkmaar (Hollandiya) - Başakşəhərspor (Türkiyə)
Bordo (Fransa) - AEK (Cənubi Kipr)
Lokomotiva (Xorvatiya)//PAOK (Yunanıstan) - Spartak (Slovakiya)//Linfild (Şimali İrlandiya)
Tırqu Mureş (Rumıniya) - Sent-Etyenn (Fransa)
Skonto (Latviya)//Debretsen (Macarıstan) - Reykyavik (İslandiya)//Rusenburq (Norveç)
Yablonets (Çexiya) - Kopenhagen (Danimarka)//Nyu Taun (Uels)
Hapoel (Beer-Şeva, İsrail)//Tyun (İsveçrə) - Vaduts (Lixtenşteyn)//Nomme Kalyu (Estoniya)
Belenenseş (Portuqaliya) - Slask (Polşa)//Göteborq (İsveç)
Sampdoriya (İtaliya) - Voyvodina (Serbiya)//Spartak (Latviya)
Kukesi (Albaniya)//Mladost (Çernoqoriya) - Legiya (Polşa)//Botoşani (Rumıniya)
Şarlerua (Belçika)//Beytar (İsrail) - Zarya (Ukrayna)
Şturm (Avstriya) - Rubin (Rusiya)
UEFA "Qəbələ"ni cəzalandırdı