Oyunu Georgi Kabakov idarə edəcək. Ona Martin Marqaritovla Martin Venev yardımçı olacaq. Dördüncü hakim funksiyasını Nikolay Yordanov yerinə yetirəcək.
29 yaşlı Georgi Kabakov 2013-cü ildə FIFA referisi statusu daşıyır. Beynəlхalq səviyyədə əsasən U-19, U-19 və U-21 yığmaoarı arasında rəsmi oyunları idarə edən referi Çempionlar Liqası və Avropa Liqasında bir oyunda ədaləti qoruyub. Bu matçların hər birində 7 sarı vərəqədən istifadə edib.

Georgi Kabakov
Kabakov Azərbaycan millisinin də oyununa təyinat alıb. Belə ki, o, 2013-cü ilin 23 sentyabrında Volqaqradda Azərbaycan və Rusiyanın U-17 yığmaları arasında baş tutan matçın dördüncü hakimi olub. Qarşılaşmanı onun danimarkalı Miхael Tikqaard idarə edib.
Çempionlar Liqası
II təsnifat mərhələsi
22 iyul
23.45 Rudar (Çernoqotiya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Martin Venev, Nikolay Yordanov (Bolqarıstan).
Hakim-inspektor: Françesko Byanki (İsveçrə).
UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya).
"Qarabağ"ın qara bəxti - "Seltik"
"Qarabağ" "savaşı" başlayıb