UEFA qarşılaşmanı bolqar ədalət təmsilçilərinə tapşırıb.
Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Rudar" (Çernoqoriya) - "Qarabağ" matçının hakimləri müəyyənləşib. Anspress-in məlumatına görə, UEFA qarşılaşmanı bolqar ədalət təmsilçilərinə tapşırıb.
Oyunu Georgi Kabakov idarə edəcək. Ona Martin Marqaritovla Martin Venev yardımçı olacaq. Dördüncü hakim funksiyasını Nikolay Yordanov yerinə yetirəcək.
29 yaşlı Georgi Kabakov 2013-cü ildə FIFA referisi statusu daşıyır. Beynəlхalq səviyyədə, əsasən, U-19, U-19 və U-21 yığmaları arasında rəsmi oyunları idarə edən referi Çempionlar Liqası və Avropa Liqasında bir oyunda ədaləti qoruyub. Bu matçların hər birində 7 sarı vərəqədən istifadə edib.
Kabakov Azərbaycan millisinin də oyununa təyinat alıb. Belə ki, o, 2013-cü ilin 23 sentyabrında Volqaqradda Azərbaycan və Rusiyanın U-17 yığmaları arasında baş tutan matçın dördüncü hakimi olub. Qarşılaşmanı onun danimarkalı Miхael Tikqaard idarə edib.
Çempionlar Liqası
II təsnifat mərhələsi
22 iyul
23.45 Rudar (Çernoqotiya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Martin Venev, Nikolay Yordanov (Bolqarıstan).
Hakim-inspektor: Françesko Byanki (İsveçrə).
UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya).
Milli.Az