Bakı. Hafiz Heydərov – APA. Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Saatlı Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov etdikləri üçün Saatlı şəhər sakini Ülkər Qarayev və Nərimankənd kənd sakini Zahid Novruzov saxlanılıblar.
Ü.Qarayevin “Niva” markalı avtomobilinə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd “İJ” markalı ov tüfəngləri, 5 patron, 23 ədəd ovlanmış ördək və digər ləvazimatlar aşkar edilərək götürülüb.