Kolumbiyalı Paulina Veqa “Dünya Gözəli” seçilib

Kolumbiyalı Paulina Veqa “Dünya Gözəli” seçilib
11:07 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 11:01 ]

Bakı - APA. Kolumbiyalı Paulina Veqa Mayamidə keçirilən “Dünya Gözəli 2014” müsabiqəsinin qalibi seçilib.

APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, finala kolumbiyalı ilə yanaşı, ABŞ, Niderland, Ukrayna və Yamayka təmsilçiləri də vəsiqə qazanıb.

 

87 qızın iştirak etdiyi müsabiqənin vitse-dünya gözəli ABŞ təmsilçisi Nia Sançes və “Ukrayna gözəli” Diana Qarkuşa olub. Rusiyalı Yuliya Alipova 15 finalçının sırasına düşə bilməyib.

 

Qeyd edək ki, 22 yaşlı Paulina məşhur tenor Qaston Veqanın nəvəsidir. Onun üç qardaşı və dörd bacısı var.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR