Məşhur tenorun nəvəsi “Dünya Gözəli” seçildi

Məşhur tenorun nəvəsi “Dünya Gözəli” seçildi
11:24 26 Yanvar 2015
226 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyalı Paulina Veqa Mayamidə keçirilən “Dünya Gözəli 2014” müsabiqəsinin qalibi seçilib.

 

APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, finala kolumbiyalı ilə yanaşı, ABŞ, Niderland, Ukrayna və Yamayka təmsilçiləri də vəsiqə qazanıb.

 

87 qızın iştirak etdiyi müsabiqənin vitse-dünya gözəli ABŞ təmsilçisi Nia Sançes və “Ukrayna gözəli” Diana Qarkuşa olub. Rusiyalı Yuliya Alipova 15 finalçının sırasına düşə bilməyib.

 

Qeyd edək ki, 22 yaşlı Paulina məşhur tenor Qaston Veqanın nəvəsidir. Onun üç qardaşı və dörd bacısı var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191458

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR