Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa prodüser Timur Sultanla qonorar məsələsini yoluna qoyduqdan sonra həyat yoldaşı Kənan Doğulu ilə dincəldiyi Los-Ancelesdə tarixi kitablar oxumağa başlayıb.
“Kösəm Sultan”da baş rolda oynayacaq Beren serialın 8-ci bölümündən etibarən ekranlarda görünəcək. Aktrisa İstanbula qayıtdıqdan sonra isə Timur Savcının vasitəçiliyi ilə tarixçilərlə işləyəcək.
Qeyd edək ki, adıçəkilən serialda Safiye Sultan obrazını canlandıracaq Hülya Avşar da rolu üçün alimlərlə çalışmağa başlayıb.