Çinin paytaxtı Pekində keçirilən yüngül atletika üzrə Dünya çempionatında mübarizə davam edir.
Metbuat.az-ın məlumatına görə, bir az öncə kişilərin 200 m məsafəyə qaçışında qalib müəyyənləşib.
Useyn Bolt bu dəfə də özünü doğruldub. Yamaykalı 19.56-lıq göstərici ilə qalib olub. Onun əsas rəqibi Castin Qetlin isə ikinciliklə kifayətlənib.
Qeyd edək ki, yarışda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev 6-cı pilləni tutub.