ANS PRESS-in məlumatına görə, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" cavab matçına evdə çıхıb.
Premyer Liqanın son qalibi İsveçrənin "Yanq Boyz" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü litvalı FIFA referisi Gediminas Majeyka idarə edib.
"Köhlən atlar" rəqibi darmadağın edib. Oyun 3:0 "Qarabağ"ın xeyrinə başa çatıb.
"Qarabağ" Berndəki oyunda 1:0 hesablı qələbə qazanıb. Bu səbəbdən təmsilçimizə evdə istənilən hesablı qələbə və heç-heçə sərf edirdi. "Qarabağ" "Yanq Boyz" səddini keçdiyinə görə, ardıcıl ikinci mövsümdə Avropa Liqasının qrupunda oynayacaq.
Qeyd edək ki, "Yanq Boyz" klubu 1898-ci ildə yaradılıb. Bern təmsilçisi 117 illik tariхi ərzində 11 dəfə İsveçrə çempionu, 6 dəfə ölkə kubokunun, 1 dəfə Liqa Kubokunun qalibi olub. Son mövsümü 2-ci Super Liqanın ikinci pilləsində başa vuran komandaya müvəqqəti olaraq Harald Qamperle başçılıq edir. O, "Monako" ilə oyundan sonra istefa verən Uli Forteni əvəzləyib.
"Qarabağ" bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayıb. Bu mərhələdə Çernoqoriyanın "Rudar" klubunu mübarizədən kənarlaşdıran (0:0, 1:0) Azərbaycan çempionu ardınca "Seltik"ə yenilərək (0:1, 0:0) Avropa Liqasının "pley-off" mərhələsinə düşüb. "Yanq Boyz" isə mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsindən start verib və "Monako"ya uduzub (1:3, 0:4).
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
27 avqust
21.00 Qarabağ (Azərbaycan) - Yanq Boyz (İsveçrə) 3:0
Qollar: Riçard Almeyda, 4-pen. Reynaldo Silva, 43 (ötürmə - Riçard Almeyda). Əfran İsmayılov, 61 (ötürmə - Dani Kintana).
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (29. Raydell Pupon, 71), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Yanq Boyz: 18. İvon Mvoqo, 3. Florent Haderqyonay, 4. Milan Vilotiç, 5. Stiv fon Bergen (k), 6. Leonardo Bertone, 7. Miraləm Süleymani, 23. Skott Satter, 28. Denis Zəkəriyyə, 30. Aleksandr Qonzales, 31. Yuya Kubo (29. Rafael Nutsolo, 65), 99. Gilyam Oaro (77. Samuel Afum, 54).
Ehtiyat oyunçular: 1. Marko Volfli, 8. Yan Leçyaks, 14. Milan Qayiç, 20. Haris Tabakoviç, 21. Aleyn Roşa.
Baş məşqçi: Harald Qamperle.
Sarı vərəqələr: Riçard Almeyda, 51 - Aleksandr Qonzales, 16. Leonardo Bertone, 51.
Qırmızı vərəqə: Stiv fon Bergen, 4.
Hakimlər: Gediminas Majeyka, Vitautas Simkus, Vitenis Kazlauskas, Sergeyus Sliva (Litva).
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya).
UEFA nümayəndəsi: Stirbyotn Oskarsson (Finlandiya).