O, ATƏT-in üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov ATƏT-in üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün dekabrın 2-də Helsinkiyə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarov dekabrın 3-də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Dekabrın 4-də nazir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi, Danimarkanın xarici işlər naziri Per Stiq Möller ilə görüşəcək, GUAM xarici işlər nazirlərinin iclasına qatılacaq, ATƏT-in iclasında çıxış edəcək.

Dekabrın 5-də isə E.Məmmədyarov ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Miklos Haraşti, Çernoqoriyanın xarici işlər naziri Milan Rocen, ATƏT-in baş katibi Mark de Brişambo və BMT baş katibinin müavini Lin Pasko ilə görüşəcək.