Filipp Kirkorov payız mövsümündə özünə istirahət təşkil etməyə qərar verib.

ANS PRESS-in məlumatına görə, rus estradasının tanınmış simalarından olan ifaçı öz sosial şəbəkədəki səhifəsində uşaqları ilə şəkillərini paylaşıb. Şəkillərdən də görünür ki, Kirkorov keçirdiyi ağır iş mövsümündən sonra istirahət etməyə qərar verib.

O, istirahət üçün Bolqarıstanın Varna şəhərinə yola düşüb. Kirkorovun burada şəxsi villası var. Müğənni surroqat anadan olan qızı Alla-Viktoriya və oğlu Martini də özü ilə birgə aparıb.

Şəkillərdən də göründüyü kimi Filip Kirkorov öz uşaqlarını sevir və onlarla xoş vaxt keçirir. "Bu ilin yay günləri artıq geridə qalır. Dəniz, istirahahət, ailə və qoy bütün dünya gözləsin!" - deyə Kirkorov ailə şəklini belə şərh edib.

Məşhur ifaçı uşaqları ilə istirahətdə (FOTO)
Filip Kirkorov və uşaqları istirahətdə


Filipp Kirkorov aprelin 30-u 1967-ci ildə Bolqarıstanın Varna şəhərində anadan olub. 5 dəfə Rusiyanın ən populyar müğənnisi kimi "World Music Awards" mükafatının laureatı, 2002-ci ildə "Kinotavr" kinofestivalında "Dikanka yaxınlığındakı xutorda gecələr" ("Вечера на хуторе близ Диканьки") müziklindəki roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub.

O, erməni əsilli bolqar müğənni Bedros Kirkorovun ailəsində dünyaya gəlib. Müğənni 1994-2005-ci illərdə Alla Puqaçova ilə aliləli olub.