Azərbaycanda elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə araşdırmalar aparılacaq

Azərbaycanda elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə araşdırmalar aparılacaq
17:31 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə araşdırmalar aparılacaq. Araşdırmaların digər istiqaməti audio informasiya texnologiyaları problemlərinə həsr olunub.

Bu məqsədlə e-dövlət mühitində G2G, G2B, G2C modelləri üzrə nitq tranzaksiyalarının emalı metod və alqoritmlərinin, istifadəçilərə göstərilən audio xidmət vasitələri üçün effektiv alqoritmlərin işlənməsi, paylanmış iyerarxik operativ dispetçer sistemləri üçün audio xidmət vasitələrinin analizi və sintezi məsələləri və paylanmış audio informasiya şəbəkələri üzərində multimedia servislərinin sintezi problemlərinin tədqiqi nəzərdə tutulur.
 
Eyni zamanda inkişaf etmiş ölkələrdə e-tullantıların idarə edilməsi məsələlərinin öyrənilməsi və Azərbaycanda e-tullantıların idarə edilməsinin mövcud vəziyyətinin monitorinqi və s. mövzular üzrə elmi tədqiqat işlərinin aparılması planlaşdırılır.
 
Bu araşdırmaları isə AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) 6 saylı şöbəsi həyata keçirəcək. İnstitutdan bildirilib ki, şöbənin fəaliyyət planını texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev təqdim edib. B.Ağayev qeyd edib ki, elmi-innovasiya fəaliyyəti çərçivəsində şöbədə yeni qrant layihələrinin hazırlanması və müsabiqələrdə iştirakı nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35009-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR