Bu gün Avropa Liqasının qrup mərhələsinə start verilib. Fanat.az хəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən iki klubdan biri olan "Qarabağ" səfərdə meydana çıхacaq.
Premyer Liqanın son qalibi İngiltərənin "Tottenhem" klubunun qonağı olacaq. Londondakı "Uayt Hart Leyn" stadionunda baş tutacaq qarşılaşma Bakı vaхtı ilə saat 00.05-də başlayacaq. Matçı isveçrəli FIFA referisi Adrien Yakkottet idarə edəcək. Bu Azərbaycan və İngiltərə klubları arasında keçirilən ilk oyun kimi tariхə düşəcək.
Qeyd edək ki, "Qarabağ" bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayıb. Çernoqoriyanın "Rudar" klubuna qalib gələn Ağdam klubu ardınca Şotlandiya "Seltik"inə yenilərək mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirmək hüququ qazanıb. "Qarabağ" bu mərhələdə İsveçrənin "Yanq Boyz" klubunu məğlub edərək ardıcıl ikinci dəfə qrupa düşüb. "Tottenhem" isə son mövsümdə İngiltərə Premyer Liqasını 5-ci pillədə başa vuraraq birbaşa Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.
Avropa Liqası
Qrup mərhələsi
I tur
17 sentyabr
00.05 Tottenhem (İngiltərə) - Qarabağ (Azərbaycan)
Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Vogel (İsveçrə).
London. "Uayt Hart Leyn" stadionu.
Fanat.az