İşəgötürənlər vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə məlumatlandırılıblar

İşəgötürənlər vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə məlumatlandırılıblar
11:58 12 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Tovuz, 12 noyabr, AZƏRTAC
Tovuz Rayon Məşğulluq Mərkəzinin noyabrın 12-də işəgötürənlər üçün təşkil etdiyi növbəti “dəyirmi masa”nın mövzusu sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydalarına həsr olunub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin məsul əməkdaşlarının, yerli əlaqələndirmə komitəsi üzvlərinin və işəgötürənlərin iştirak etdikləri tədbirdə idarə və müəssisələrdə iş yerlərinə kvotanın tətbiqi şərtləri, kvota yerlərinə Məşğulluq Mərkəzi tərəfindən göndərilmiş vətəndaşların işə qəbul edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimələr barədə ətraflı məlumat verilib.
Tədbirdə əlillərin işlə təmin edilməsi xüsusi vurğulanıb, müvafiq məlumat və hesabların müəyyən olunmuş vaxtlarda işəgötürənlər tərəfindən Məşğulluq Mərkəzinə təqdim olunmasının zəruriliyi diqqətə çatdırılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isegoturenler_vetendaslar_uchun_kvota_tetbiq_edilmesi_qaydalari_barede_melumatlandiriliblar-901288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR