Barbadoslu müğənni Riannanın da bənzəri tapılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 22 yaşlı tələbə Andel Lara ifaçının oxşarıdır. "Hara getsəm, məni Rianna deyə çağırırlar" söyləyən tələbə qız gələcəkdə bu oxşarlıqdan karyerası üçün istifadə etmək niyyətində olduğunu da bildirib:

"Bilirəm ki, Riannanın oxşarı olmaq üstünlüyümdən istifadə edə bilərəm. Ona bənzədiyimin fərqinə özüm varmırdım. Rəfiqələrim söylədi ki, çox oxşarıq. İnsanların mənimlə şəkil çəkdirmək istəyini yerə salmıram. Ancaq bunun mənfi cəhətləri də az deyil. Gecə klublarına gedərkən üzərimdə böyük diqqət hiss edirəm. Bu səbəbdən, rəfiqlərim mənimlə bir yerdə getmək istəmirlər. Mağazalarda belə Rianna olduğumu sanıb, mənə aldığım əşyaları havayı vermək istəyirlər".

Qeyd edək ki, daha əvvəl Hollivud ulduzu Leonardo DiKaprio ilə müğənni Mayli Sayrusun oxşarı tapılmışdı.
Milli.Az

Riannanın da oxşarı tapıldı - FOTO
Riannanın da oxşarı tapıldı - FOTO
Riannanın da oxşarı tapıldı - FOTO
Riannanın da oxşarı tapıldı - FOTO
Riannanın da oxşarı tapıldı - FOTO
Riannanın da oxşarı tapıldı - FOTO