Primadonna əkiz uşaqlarını üzə çıxardı (FOTO)

Primadonna əkiz uşaqlarını üzə çıxardı (FOTO)
17:26 7 Dekabr 2015
151 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın primadonnası Alla Puqaçovanın əkiz övladlarının ilk fotosu yayıldı.

ANS PRESS-in məlumatına görə, Alla Puqaçovanın keçmiş həyat yoldaşı Filip Kirkorovun qızı Alla Viktoriyanın 4 yaşı tamam olub. Kirkorov qızının ad günü münasibətilə böyük şənlik keçirib.

Müğənni ulduz dostlarını ailəsi ilə bərabər tədbirə dəvət edib. Mərasimə Alla Puqaçova, həyat yoldaşı Maksim Qalkin və əkiz övladları da gəliblər.


Alla Puqaşovanın qızı Liza oğlu Qarri

Qonaqlardan biri sosial şəbəkədə 66 yaşlı primadonnanın övladları ilə çəkilmiş eksklüziv şəkili paylaşıb. Sonra isə Filip Kirkorov öz "İnstaqram" səhifəsində tədbirdən şəkilləri izləyiciləri ilə bölüşüb.





Alla Puqaçova SSRİ Xalq artistidir. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb. Müğənni 5 dəfə evli olub. İfaçı sonuncu dəfə Maksim Qalkinlə ailə qurub. Cütlüyün əkiz övladı - 1 qızı, 1 oğlu var.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR