Neftin qiyməti son 5 ilin ən aşağı həddinə düşdü

Neftin qiyməti son 5 ilin ən aşağı həddinə düşdü
06:01 8 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında müşahidə olunan ucuzlaşma ilə neftin qiymətində düşüş davam edib. ANS PRESS-in məlumatına görə, birjaların satışlar üzrə hesabatına görə “Brent” markalı neftin qiyməti 40.73 dollar olub.

“Texas” (WTI) markalı neftdə də ucuzlaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neftin qiyməti 37.80 dollar olub.



“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar ucuzlaşaraq 43,89 dollar təşkil edib.

Əmtəə birjalarında qızılın qiymətində də cüzi ucuzlaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti 1 qram üçün 34.43 dollar olub. Ucuzlaşma özünü gümüşün qiymətində də göstərib. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar müəyyənləşib.



Neftin əksinə dolların qiymətində cüzi bahalaşma olub. Mərkəzi bankın məlumatına görə, dünən 1 ABŞ dollarının qiyməti 1.0499 AZN təşkil edib. Avropa valyutasında isə ucuzlaşma müşahidə olunur. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1405 AZN olub. Rusiya valyutasında müşahidə olunan ucuzlaşma davam edib. Dünən 1 rublun qiyməti 0.0154 AZN olaraq müəyyənləşib.



Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.0499 AZN
1 Euro – 1.1405 AZN
1 rus rublu – 0.0154 AZN

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR