Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yeniyetmə və gənc idmançılar tibbi müayinədən keçiriliblər

Yeniyetmə və gənc idmançılar tibbi müayinədən keçiriliblər

İslamiadanın səfiri gənc idmançılar və idmana həvəsi olan gənclər üçün master-klass keçib (14 Mart 2017 15:12)
IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri master-klass keçəcəklər (11 Mart 2017 13:12)
Bir ayda 49 nəfərdə siflis, 9 nəfərdə QİÇS aşkarlandı (07 Mart 2017 17:08)

Tarix: 9 Dekabr 2015 14:33


Naxçıvan, 9 dekabr, AZƏRTAC
Sədərək və Babək Rayon Mərkəzi xəstəxanalarında uşaq, yeniyetmə və gənc idmançılar tibbi müayinədən keçiriliblər.
AZƏRTAC xəbər verir ki, Sədərək rayonunda keçirilən müayinələr rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Rayonda fəaliyyət göstərən idman federasiyalarının bölmələrinin 250-dən çox idmançısı və Uşaq-Gənclər İdman Məktəbinin ayrı-ayrı bölmələrinin idmançıları müayinədən keçiriliblər. Müayinələr zamanı səhhətində problem olan idmançılara müəyyən vaxt ərzində məşqlərdən uzaqlaşmaları və müalicə almaları məsləhət görülüb.
Babək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında keçirilən müayinədə səhhətində müəyyən problemləri olan idmançılara müalicə yazılaraq məşqlərə bir müddət ara vermələri tövsiyə olunub.
Keçirilən tibbi müayinələrdə, ümumilikdə, futbol, sərbəst güləş, basketbol, yüngül atletika bölmələrindən 230-dan çox idmançı iştirak edib.

Teqlər:  Yeniyetmə gənc idmançılar tibbi müayinədən keçiriliblər



RƏYLƏR


Top xəbərlər