Ölüm platforması ilə bağlı işçi qrup yaradıldı

Ölüm platforması ilə bağlı işçi qrup yaradıldı
02:46 14 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.

FHN-dən ANS PRESS-ə verilən məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

Bunnan başqa “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi, SOCAR və BP şirkəti olmaqla işçi qrupu yaradılıb.

Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza–Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı “Svetlomor” və “Sunmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.

Dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Hazırda axtarışları davam etdirilən şəxslər aşağıdakılardır:

1. Qasımov İman Şura o. 01.12.1967
2. Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3. Rzaxanov Edik Rivazin o. 15.01.1983
4. Babazadə Tural Fətəli o. 01.09.1993
5. Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6. Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7. Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8. Abdullayev Adil Ələkbər o. 19,02,1953
9. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10. Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11. Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12. Niyazov Seyfəddin Abil o. 09.02.1968
13. İskəndərov İnqilab Osman o. 29.11.1957
14. Mayborda Oleq Akimoviç 21.11.1971
15. Əhmədov Canbaxış Əhməd o. 21.02.1962
16. İbrahimov Xalid Bəşir o. 12.08.1971
17. Həsənov Zaur Vahid o. 24.12.1975
18. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19. Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20. Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21. Xəlilov Zaur Arif o. 15.09.1975
22. Şahmarov Sahib Güloğlan o. 02.08.1973
23. Əliyev Əyyub Xəlil o. 22.07.1973

Həmçinin dekabrın 4-də “Neft daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş vermiş qəza nəticəsində estakada döşəməsi üstündəki yaşayış köşklə birlikdə uçaraq dənizə düşüb.

Hadisə nəticəsində buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov itkin düşüblər. Onların axtarışları hələ heç bir nəticə verməyib.

Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:

Sonuncu Platforma (VİDEO)
Günəşli platformasındakı yanğının söndürülməsində ciddi dönüş
"Günəşli"dəki yanğına desant edildi (YENİLƏNİB)
Kəmaləddin Heydərov və Elçin Quliyev yanan platformaya baxdılar
Nazir yanan platformada (FOTO)
Bu gündən "Günəşli"də əcnəbi mütəxəssislər işə başlayır
Xəzərdə helikopterlərlə axtarışlar dayandırıldı (YENİLƏNİB - 3, VİDEO)
6 neftçinin meyiti tapıldı (YENİLƏNİB I, VİDEO)
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
Xəstəxanadakı yaralıların siyahısı və diaqnozu (YENİLƏNİB)
Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı
Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB)
Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)
SOCAR prezidenti yanan platformada - özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)
Azərbaycanda matəm elan olundu
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
Xəzərdə itkin düşənlərlə bağlı son açıqlama verildi (YENİLƏNİB - 2)
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Azərbaycanda bəzi telekanallar matəmə riayət etmir
Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)
Xəzərdə baş verən faciə ilə bağlı ANS TV və ANS ÇM proqramını dəyişdi
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi (FOTO)
Xəstəxanaya yerləşdirilən neftçilər haqda son məlumat
#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR