Milli.Az "İlin xəbər saytı" seçildi

Milli.Az "İlin xəbər saytı" seçildi
07:27 17 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

"Jumeyrah Bilgah Beach Hotel"də nüfuzlu "Cosulting&Business" jurnalı tərəfindən təşkil edilən "İLİN ŞİRKƏTİ" mükafatının təntənəli təqdimat mərasimi keçirilib. "İlin xəbər saytı" nominasiyası üzrə  "Milli.Az xəbər portalı" qalib elan edilib. Sayt 2015 - ci il ərzində Azərbaycanın internet məkanında oxucu kütləsinin atrması, fəaliyyənin optimallaşdırılması ilə fərqlənib.  

"Day.Az Media" şirkəti Azərbaycanın iri və nüfuzlu internet media şirkətidir. Azərbaycan, rus, ingilis dillərində Day.Az, Milli.Az, Today.Az xəbər saytları olan şirkətin, həmçinin e-mail xidməti, sosial şəbəkəsi, Lady.Day.Az, Video.Day.Az, Music.Day.Az, Motor.Day.Az, Jobs.Day.Az və s. profilli layihələri fəailiyyət göstərir.

Bu il yenilənən və daha modern dizaynda istifadəyə verilən day.az portalı yeni layihələrini də təqdim etdi.

Şirkətə məxsus Milli.Az xəbər portalı Azərbaycan onlayn mediasında obyektiv, operativ və qərəzsiz informasiya təqdimatında tutduğu mövqeyini möhkəmləndiridi, yerli və beynəlxalq media məkanında inkişafa töhfə verdi, son illərdə aparıcı media saytına döndü. Milli.Az Azərbaycanda internet istifadəçilərinin ən çox məlumat aldığı, əsas informasiya mənbələrindən biridir.

Day.az, Milli.Az saytları bu il Bakıda keçirilən I Avropa Oyunlarını ən fəal və operativ işıqlandıran media orqanları sırasında oldu, "Baku 2015" rubrikası ilə oxucuları oyunlar barədə ətraflı məlumatlandırdı.

"Day.Az Media" Şirkəti mütəmadi olaraq öz internet saytlarını yeniləyir, onların funksionallığını artırır, öz oxucuları üçün maraqlı müsabiqələr keçirir, qalibləri mükafatlandırır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR