Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çinin idman portalında azərbaycanlı şahmatçının müsahibəsi yayılıb

Çinin idman portalında azərbaycanlı şahmatçının müsahibəsi yayılıb

Date: 20 December 2015 05:58


Bakı, 20 dekabr, Türkan Rüstəmova, AZƏRTAC
Çinin sports.sina.com saytında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun müsahibəsi yayılıb.
AZƏRTAC xəbər verir ki, şahmatçı müsahibəsində Çinin Cuxay şəhərində “Jolimark Cup-2015: Çinin şahmat liqası (A deviyaziyası)” turnirində iştirakı barədə danışıb. O, turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Qrossmeyster son zamanlar Çində şahmatın sürətlə inkişaf etdiyi deyib. O bildirib ki, 10 il bundan əvvəl beynəlxalq turnirlərdə Çin idmançılarının adlarını iyirmilikdə, hətta otuzluqda belə görmək mümkün deyildi. İndi isə ilk sıralarda yer alan çinli şahmatçıların sayı çoxdur.
Dünya kuboku turnirində çinli şahmatçı Vey Yi ilə qarşılaşan idmançımız rəqibinin peşəkar olduğunu və onun dünya çempionu adını qazana biləcəyinə inandığını söyləyib.
Gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadası barədə danışan idmançımız bu mötəbər yarışmanın yüksək səviyyədə təşkil olunacağına, şahmatçılarımızın uğurlar əldə edəcəklərinə əminliyini bildirib.

Tags:  Çinin idman portalında azərbaycanlı şahmatçının müsahibəsi yayılıb


RƏYLƏR


Top news