Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yunanıstan parlamenti Fələstini dövlət kimi tanıdı

Yunanıstan parlamenti Fələstini dövlət kimi tanıdı

Date: 23 December 2015 10:05

Yunanıstan parlamenti Fələstini dövlət olaraq tanımağa qərarı verib.

APA-nın "Əl Cəzirə"yə istinadən verdiyi xəbərə görə, parlamentin dünən keçirilən özəl sessiyasında spiker Nikos Vuçisin Fələstinin dövlət olaraq tanınması ilə bağlı verdiyi tövsiyə qərarı yekdilliklə qəbul edilib. Səsvermə prosesini Yunanıstanın baş naziri Aleksis Tsiprasla yanaşı, Fələstin dövlət başçısı Mahmud Abbas da izləyib.

A. Tsipras M. Abbasla görüşdən sonra verdiyi açıqlamada, ölkəsinin Fələstini dövlət olaraq tanıyacağını və rəsmi yazışmalarda "Fələstin hakimiyyəti" yerinə "Fələstin" ifadəsini istifadə edəcəyini bildirib. Səsvermədən sonra parlamentdə çıxış edən M. Abbas bütün dövlətləri Fələstini müstəqil dövlət kimi tanımağa və İsrail-Fələstin münaqişəsinin həllini "iki dövlət" prinsipi əsasında həllini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Yunanıstan parlamentinin bu qərarı hökumətə tövsiyə xarakteri daşıyır.

Daha əvvəl Böyük Britaniya, İrlandiya, Fransa parlamentləri də oxşar qərarlar qəbul edib.

Milli.Az


Tags:  Yunanıstan parlamenti Fələstini dövlət tanıdı


RƏYLƏR


Top news