Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müsəlman həkimin riayət etməli olduğu 7 nöqtə

Müsəlman həkimin riayət etməli olduğu 7 nöqtə

Date: 26 December 2015 19:22

İslami hədislərimizdə müsəlman həkimin vəzifələrinə işarə edilmiş və bəzi tövsiyələr verilmişdir. Bu günün həkimləri də gərək bu həkim əxlaqına riayət etsinlər.

Həkim əxlaqını iki baxışdan araşdırmaq olar: fərdi və peşə baxışından. Həkimlik şəri bir vəzifədir və hər kəs bu vəzifəyə malik olmaldır. Lakin bəzi insanlar həkimlik peşəsi ilə məşğul olduğu üçün bu vəzifə başqa insanların boynundan götürülər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Hər bir diyarın insanları üç şeydən ehtiyacsız olmaz ki, həm dünyada və həm də axirətdə onların nicat verənidir. Əgər onlardan üz çevirsə nadandır: alim fəqih, yaxşı əməl sahibi olan əmir, ayıq və inanılan həkim".
İmam Sadiq (ə) başqa yerdə buyurur: "Həzrət İsa (ə) buyurur: "O kəs ki, yaralı insanı müalicə etməyi tərk edər - çarəsiz yara vuranla şərik olar. Yara vuran yaralananın məhv olmasını istədiyi kimi, o kəs ki, onu müalicə etməyi tərk edər - onun yaxşılığını istəməz. Əgər onun yaxşılığını istəməzsə, çarəsiz məhv olmasını istəmiş olar". (Tebyan)
Həkim öz peşəsində bu nöqtələrə riayət etməlidir:
1. Mənəviyyat və təqvaya riayət etmək. Allaha iman bəsləmək və təqvalı olmaq - həkimin vəzifələrindəndir. Mömin həkim yaxşı bilir ki, etdiyi əməllərin hamısı Allah yanında qeydə alınır. Kiçik bir əməliyyata və ya verdiyi dərmanlara görə Allah yanında məsuliyyətli olduğunu bilir. İmam Əli (ə) buyurur: "Hər kim təbiblik edər, gərək Allahdan çəkinsin, xeyirxah və ciddi olsun".
2. Səbir. Səbir - həkimlik peşəsinin lazımlı olan cəhətlərindəndir. Çünki həkim elə xəstələrlə rastlaşır ki, ağrısına görə səbrini əldən vermişdir.
3. Təvazökarlıq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allah üçün təvazökarlıq edər - Allah onu yuxarı qaldırar. Hər kim təkəbbür edər - Allah onu alçaldar".
4. Xoş əxlaq. Xoş əxlaq insanın dilindən və simasından bilinər. Möminin üzü həmişə gülərüz və sevinclidir. Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərin mənim yanımda ən sevimlisi və mənə Qiyamət günü ən yaxın olanınız o şəxsdir ki, əxlaqı hamıdan yaxşı olsun".
5. Maddiyyata meyl etməmək. Həkimlik ancaq peşə deyildir, eyni zamanda bir məsuliyyətdir. Ona görə də onu maddi meyarlarla ölçmək olmaz. Əslində onu maddiyyatdan üstün qərar vermək lazımdır.
6. Məsuliyyətli olmaq. Əgər həkim məsuliyyətli olarsa, xəstə yanında peşə əxlaqına riayət edər. Onun vəzifəsi xəstələri müalicə etməkdir və o, bu vəzifəni yerinə yetirməkdə məsuldur.
7. Vaxtın qədrini bilmək. Həkimlik peşəsinin zamanı yoxdur və həkim həmişə xidmət etmək üçün hazır olmalıdır. O, vaxtının az olmasına görə xəstəni müalicə etməkdən imtina edə bilməz. Çünki xəstəni müalicə etmək onun üçün şəri vacibatdır. Əgər bir iş görməzsə, Allah yanında cavabdeh olar.
Milli.Az


Tags:  Müsəlman həkimin riayət etməli olduğu nöqtə


RƏYLƏR


Top news