Yeni ildə Azərbaycana yeni səlahiyyət verildi

Yeni ildə Azərbaycana yeni səlahiyyət verildi
14:16 1 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycan GUAM təşkilatına sədrlik edəcək.

ANS PRESS-in məlumatına görə, sədrlik Ukraynadan Azərbaycana keçir. Bu barədə qərar hələ ötən il Belçikada GUAM-a üzv olan ölkələrin Xarici İşlər nazirlərin iştirak etdiyi iclasda qəbul olunub.

Növbəti 4 il ərzində təşkilatın sədr vəzifəsini Azərbaycanın İspaniyadakı sabiq səfiri Altay Əfəndiyev icra edəcək.


Altay Əfəndiyev - GUAM-ın sədri


Bundan əvvəl isə bu vəzifəni gürcü diplomat Valeri Çeçelaşvili icra edib.


Valeri Çeçelaşvili - GUAM-ın sabiq sədri


GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə təşkilatdır. Təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir. Təşkilat, 1997-ci il oktyabrın 10-da yaradılıb. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olub. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. Özbəkistanın üzv olduğu dövrdə təşkilat GUUAM adlanırdı.

GUAM-da Azərbaycanın sədrliyi 19 iyul 2007-ci ildə Bakı Zirvə Toplantısından başlayaraq 1 iyul 2008-ci il Batumi Zirvə Toplantısınadək davam edib. Azərbaycanın bir illik sədrliyi kifayət qədər aktiv keçib.

Bunun bariz nümunəsi kimi Bakı Zirvə Toplantısından sonra keçirilmiş 27 sentyabr 2007-ci il tarixli Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasını, GUAM-ABŞ və GUAM-Polşa görüşlərini, 10 oktyabr 2007-ci il tarixli GUAM+ formatında Vilnüsdə GUAM-ın onilliyinə həsr olunmuş Zirvə Toplantısını, 30 oktyabr 2007-ci il tarixli Vaşinqtonda GUAM-ABŞ görüşünü, 29 noyabr tarixli Madriddə GUAM XİNŞ-in növbəti iclasını, 4-5 dekabr 2008-ci il tarixli Tokioda GUAM-Yaponiya görüşünü, “GUAM ərazisində uzadılmış münaqişələr və onların beynəxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnamə layihəsinin BMT Baş Assambleyasında yayılmasını, GUAM-Aİ əlaqələrinin gücləndirilməsi üçün “GUAM-ın Aİ-də dostları qrupu”u formatında GUAM və Aİ dövlətlərinin xarici işlər nazirliklərinin ekspertləri səviyyəsində görüşü, 19 mart 2008-ci il tarixli GUAM-Avropa Şurası görüşünü, 15-16 aprel 2008-ci il tarixli GUAM dövlətlərinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları, 29-30 aprel 2008-ci tarixli “GUAM-tranzit” və 29-30 may 2008-ci il tarixli Bakıda “GUAM-ın inkişaf strategiyası” beynəlxalq konfranslarını və digər tədbirləri xatırlatmaq olar.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR