FHN: “Sınıq Körpü”də problem yoxdur

FHN: “Sınıq Körpü”də problem yoxdur
19:32 3 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi kütləvi informasiya vasitələrində Gürcüstanda hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə yazılan məlumatlarla bağlı bəyanat yayıb.
Milli.Az nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN bəyanatda Gürcüstanda olan həmvətənlərimizin diqqətinə çatdırır ki, "Sınıq Körpü" sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur.
"Mazınçay" sərhəd-keçid məntəqəsində isə Loqodexi rayonu istiqamətində qar yağması ilə bağlı avtomobil yollarında çətinliklər yaranıb. Nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün FHN tərəfindən bu ərazidə xüsusi xilasetmə qrupu yaradılıb. Azərbaycan vətəndaşlarına tövsiyə olunur ki, yolda çətinliklə üzləşdikləri zaman Gürcüstanın müvafiq qurumları (112) ilə yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin +994125123915 nömrəli qaynar xəttinə müraciət etsinlər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR