Türkiyədə yenə qan töküldü

Türkiyədə yenə qan töküldü
14:46 10 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə növbəti antiterror əməliyyatı keçirilib. Əməliyyatda 1 polis əməkdaşı şəhid olub, 12 terrorçu məhv edilib.

ANS PRESS-in məlumatına görə, Türk polisi əməkdaşlarına, Van əyalətinin Ədrəmit rayonunda bir evdə PKK terrorçularının qaldığı barədə məlumat daxil olub. Dərhal əməliyyata başlayan Van polis şöbəsinin əməkdaşları evi mühasirəyə alıb.

Evdəki terrorçuların silahlı qarşılıq verməsi nəticəsində güclü insident baş verib. Əməliyyat zamanı 12 terrorçu məhv edilsə də, Türk polisi də 1 nəfər itgi verib, daha iki polis yaralanıb.

Əməliyyatdan sonra açıqlama verən Vanın icra başçısı, terrorçular zərərsizləşdiriləndən sonra evdən çoxlu silah, əl qumbarası, patlamağa hazır bomba və başqa xeyli sayda odlu silah aşkarlandığını bildirdi. İcra başısı əməliyyatların bundan sonra da davam edəcəyini qeyd edib.



Bu video Adobe Flash Player'ın son sürümünü gerektirmektedir.

Adobe Flash Player'ın son sürümünü indirin.


Hadisə yerindən video

Vanda baş tutan əməliyyatdan başqa bu gün səhər saatlarında İstanbulda da xüsusi əməliyyat keçirilib. Əməliyyatın əsas hədəfi İŞİD yaraqlılarının zərəsizləşdirilməsi olub.

İstanbul Terrorla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyatlar nəticəsində 10 nəfər şübhəli şəxs qismində saxlanılıb. Eyni vaxtda bir çox ünvana edilən basqınlara çevik qüvvət və polis helikopteri də dəstək verib.

Əməliyyat zamanı elekton sənədlər aşkarlanaraq götürülüb. Polis əməkdaşları saxlanılanların İŞİD terror təşkilatı əməkdaşlarının olduğu ərazilərə gedib-gələn və terrorçularla əlaqə quran şəxslər olduğunu bildiriblər.

Yanvar ayının ilk günlərində də Türkiyənin Diyarbəkir vilayətində iki hərbçi şəhid olub. Hadisə PKK terrorçularının insident yaratdığı Sur rayonunda yaşanıb.

Hərbçilər axtarış üçün rayon ərazisindəki şübhəli evlərdən birinə girərkən terrorçuların əvvəlldən hazır qoyduğu əl qumbarası partlayıb. Partlayış nəticəsində 1 polis dünyasını dəyişib, 1 polis və 1 hərbçi isə yaralanaraq xəstəxanaya çatdırılıblar. Yaralı polis xəstəxanada dünyasını dəyişsə də digər hərbçinin müalicəsi davam edir.

Yanvar ayının ilk günlərində Şırnak vilayətinin Cizrə rayonunda da xüsusi təyinatlı polis dəstəsi ilə PKK terrorçuları arasında atışma baş vermiş, insident nəticəsində 1 polis dünyasını dəyişmişdi.


Cizrənin xəritəsi


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR