Rusiya Türkiyəyə başsağlığı verdi

Rusiya Türkiyəyə başsağlığı verdi
23:41 12 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Sultan Əhməd meydanında baş verən qanlı hücumda həyatını itirənlərə görə Rusiya başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında ölənlərin yaxınlarına başsağlığı verilir, yaralılara isə şəfa dilənib.

"Heç bir haqlı səbəbi olmayan bu alçaq hücumlar, beynəlxalq terrorun vəhşiliyini və insanlığını itirənlərin varlığını yenidən göstərdi, xüsusilə də bu qorxunc terrorlar xarici vətəndaşlar, o cümlədən sülhsevər vətəndaşları hədəfə alıb", - deyə qeyd olunur.

Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, bu hadisələr beynəlxalq ictimaiyyətin bütün səylərini, ikili standartları və yanaşmaları gözardına alaraq terrorla mübarizə üçün hələ gec deyil ikən bir cəbhədə birləşdirməlidir.

Bu gün səhər saat 10 radələrində (Azərbaycan vaxtı ilə 12) İstanbul şəhərindəki Sultan Əhməd Meydanında partlayış baş verib. Partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR