Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İran Amerika hərbçilərini diz çökdürdü (VİDEO, FOTO)

İran Amerika hərbçilərini diz çökdürdü (VİDEO, FOTO)

Date: 13 January 2016 23:11

İran mətbuatı amerikalı dənizçilərin tutulması zamanı çəkilən videonu yayıb. ANS PRESS-in məlumatına görə, saxlanılan 2 gəmidə ümumilikdə 10 ABŞ əsgəri olub.

Çəkilən kadrlarda görünür ki, hərbi qulluqçular dizi üstdə oturaraq əlləri başlarının arxasında dururlar.

Yayilan kadrlar sosial şəbəkələrdə zarafatyana mövzuya səbəb olub. Bəzi istifadəçilər Afrikanın sahillərində quldurların tutulmasıyla amerikalıların həbs anını müqayisə ediblər. ABŞ hərbçilərinin İran İnqilabı Keşikçiləri korpusunun əsgərləri tərəfindən saxlanıldığı qeyd olunur.



ABŞ hərbi donanmasının gəmisinə aid 2 qayıq İran İslam Respublikasının hərbçiləri tərəfindən saxlanılıb. Faktla bağlı ABŞ Müdafiə Nazirliyi Pentaqon açıqlama yayıb. Açıqlamada 10 ABŞ əsgərinin ən yaxın vaxtda sərəbəst buraxılacağına dair İrandan təminat alındığı bildirilib. Həmçinin Pentaqonun açıqlamasında qayıqlarla Küveyt-Bəhreyn arasında əlaqənin kəsildiyi, texniki nasazlıq səbəbindən qayıqların İran sahillərinə sürükləndiyi bildirilib.



İran xarici işlər naziri Cavad Zərifin amerikalı həmkarı Con Kerriyə saxlanılan 10 əsgərin azadlığa buraxılacağına dair təminat verdiyi bildirilib. Sonda amerikalı dənizçilər azad olunub.




İran ərazisi xəritədə








Tags:  İran Amerika hərbçilərini diz çökdürdü VİDEO FOTO



RƏYLƏR


Top news