Könüllüləri daşıyan avtobus yarğana düşdü: 2 ölü, 20 yaralı

Könüllüləri daşıyan avtobus yarğana düşdü: 2 ölü, 20 yaralı
01:39 14 Yanvar 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Hondurasın San-Xuasinto bölgəsində “Global Brigades” beynəlxalq təşkilatının könüllülərini daşıyan avtobus 25 metrlik yüksəklikdən yarğana düşüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfərin öldüyü, 30 nəfərin isə xəsarət aldığı bildirilir.

 

İlkin məlumata əsasən, ölənlər ABŞ vətəndaşlarıdır. Qeyd olunur ki, avtobus Hondurasın paytaxtındakı beynəlxalq hava limanına yollanırmış. Yaralananlar xəstəxanalara yerləşdirilib, onların həyatların təhlükə olmadığı bildirilir. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR