Azərbaycan yeni mərhələnin başlanğıcında - TƏHLİL

Azərbaycan yeni mərhələnin başlanğıcında - TƏHLİL
18:12 15 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan bu durumu 8 il gecikdirə bildi. Dünyanın 2008-ci ildən tanıdığı böhranı biz indi - 2016-cı ildə hiss etməyə başlamışıq. Əslində indi baş verənləri də tam mənasıyla böhran deyil, böhran ərəfəsi adlandırılmaq daha doğru olar. İndiki məqamda dövlətin, özəl sektorun, hətta sadə vətəndaşın da bütün cəhdi bu prosesin böhrana keçməsinin qarşısını almaqdan ibarət olmalıdır...

Məsələnin həlli üçün ilk mərhələdə görülməli olan iş ajiotaj yaranmasına imkan verməmək, baş verənlərin dünyada olanlarla düz mütənasib, əlaqəli olduğunu cəmiyyətə izah etməkdir. Bu mərhələdə psixoloji böhranın yaranmamasının ilk çarəsi cəmiyyəti görülən işlər barədə mütəmadi məlumatlandırmaqdır...
 
Əvvəla, ondan başlayaq ki, Azərbaycanda baş verənlər dünyadakı qlobal iqtisadi proseslərlə düz mütənasibdir. Yəni, Azərbaycan beynəlxalq birliyə tam inteqrasiya olunmuş ölkə kimi dünyanın bir parçasıdır. Ölkə olaraq dünya ilə siyasi və iqtisadi bağlarını qoparmayıb, ona görə də qlobal məkanda baş verənlərin Azərbaycana da təsir etməsi tam təbiidir. Dövlət mənfi təzahürlərin ölkəyə daha gec çatması üçün profilaktik tədbirlər görə bilərdi və görüb. Elə bu tədbirlər nəticəsində qlobal məkanda başlamış iqtisadi və maliyyə böhranının Azərbaycana toxunmasını düz 8 il gecikdirə bildi. Cahanda gedən neft mübarizələri, nüfuz davaları, iqtisadi hökmranlığa nail olmaq üçün aparılan müharibələrdən ölkənin tamamilə bixəbər yaşaması və ya yan keçməsi mümkünsüzdü. Qısası, ölkənin qlobal böhrandan kənarda qalması bütün düsturlarla mümkün deyildi.
 
İndiki halda mümkün olan isə bu prosesdən daha az ağrı ilə çıxa bilmək, dayanmadan tədbirlər həyata keçirmək, cəmiyyəti baş verənlərin gerçək mahiyyəti ilə bağlı mütəmadi məlumatlandırmaqdır.
 
Dövlət öz işini görür. Lisenziyaların ləğv edilməsi, gömrük sektorunda islahatlarının sürətləndirilməsi, sahibkarlıq müəssisələrində qanunsuz yoxlamalar keçirən struktur rəhbərlərinin ciddi cəzalandırılması, bu tip yoxlamalara iki il müddətinə moratorium qoyulması, un və un məmulatlarının satışı və istehsalının Əlavə Dəyər Vergisindən azad edilməsi, süni qiymət artımı ilə bağlı mübarizə mexanizmlərinin işə salınması vəziyyətdən çıxmaq üçün atılmış ilk praktik addımlardır. Bu addımlar artıq özünün ilkin müsbət nəticəsini də verib, bazarlarda, marketlərdə xeyli ucuzlaşma olub. Ucuzlaşma prosesi tətbiq edilən iqtisadi mexanizmlərin nəticəsi olaraq davamlı xarakter daşımaqdadır. 
 
Əhəmiyyətli məqam odur ki, dövlət bu vəziyyətdən çıxmaqla yanaşı özəl sektorun inkişafını stimullaşdıran addımlar atır. Əslində beynəlxalq təcrübədə belə məqamlarda dövlətin öz rezervlərindən istifadə etməsi kimi təcrübələr mövcuddur. Böhran məqamlarında həmin təcrübələrdən inkişaf etmiş Avropa ölkələrində belə istifadə olunub. Məsələn, taxılın strateji məhsul olaraq, tamamilə dövlətin inhisarına alınması, yaxud qida təhlükəsizliyini təmin etmək üçün zəruri ərzaq mallarının dövlət nəzarətində istehsal və satışı, ya da istehlak mallarının qiymətinin böhrandan əvvəlki həddə dondurulması kimi mexanizmlər var.
 
Azərbaycan dövlətinin də bu mexanizmləri tətbiq etmək üçün kifayət qədər güclü resursları mövcuddur. Məsələn, dövlət bir neçə il əvvəl Taxıl Fondu yaradıb və həmin fondda ölkənin ehtiyatları üçün kifayət qədər taxıl toplanılıb. Bu faktı bir neçə gün öncə Dövlət Taxıl Fondunun rəhbəri də təsdiqləyib. Unun qiymətinin bahalaşmasının qarşısını almaq üçün dövlət ya ehtiyat taxıl rezervlərindən istifadə edə, ya bu məhsulları ƏDV-dən azad edə bilərdi. Dövlət bu rezervdən istifadə etməklə qiyməti endirmək yolunu seçmədi, sahibkarlığın inkişafı və özəl sektorun yaşaması üçün bu məhsulları əlavə dəyər vergisindən azad etdi. Nəticədə bu gün etibarilə regionun ən ucuz un satılan ölkəsi Azərbaycandır.
 
Eynilə Dövlət Neft Fondunda kifayət qədər ehtiyat var. Yaddan çıxarmayaq ki, dövlətin aktivləri təkcə valyuta ehtiyatları formasında deyil. Ölkənin qızıl ehtiyatı, xarici ölkələrdəki aktivləri və əmlak aktivləri var. Dövlət böhran anlarında bu rezervlərdən dərhal yararlana bilər.
 
Görülən işlər bununla yekunlaşmır. Azərbaycanın xarici siyasət kursundakı son addımları həmçinin ölkənin daha geniş sərmayə cəlb etməsinə, aşağı faizli kreditlər almasına da yardımçı ola biləcək.
 
Üstəlik, proses təkcə Azərbaycanda baş vermir. Hazırda qonşu ölkələrdə gedən proseslər də həmin ölkələrin valyutalarının dəyərdən düşməsinə səbəb olur. Deməli, orada baş verən sürətli ucuzlaşma Azərbaycan bazarlarına da təsir edəcək. Sahibkar ucuz qiymətə aldığı məhsulu burda da öz xərclərini üstünə gəlməklə indikindən ucuz qiymətə satacaq (əlbəttə, belə məqamda süni qiymət artımına yol verilməməsi zəruridir). Eyni zamanda son devalvasiyadan, üzən məzənnəyə keçiddən sonra yaranan panik durum da keçəcək. Cəmiyyətdə, insanların həyat tərzində əvvəlki stabilləşmə bərpa olunacaq. Necə deyərlər, zaman öz işini görəcək. 
 
Bütün bunların baş verməsi üçün şəffaflığın təmin edilməsi, bürokratik əngəllərin tamamilə aradan qaldırılması ilə bağlı addımların ardıcıl xarakter almasına ehtiyac var. Bu vacib amili Azərbaycan prezidenti İlham Əliyev bütün çıxışlarında qeyd edir. Aparılan islahatlar onu deməyə əsas verir ki, bu prosesin davam etməsi üçün siyasi iradə var. Deməli, vəziyyətdən çıxmaq, həm də ölkəni keyfiyyətcə yeni bir mərhələyə çıxarmaq, inkişaf etdirmək üçün yaxşı fürsətlər yaranıb.
 
Gələn informasiyalar və atılan addımlar dövlətin planının indiki halda vəziyyətdən çıxmaqdan daha çox inkişafa, ölkədə liberal mühitin artırılmasına yönəldiyini deməyə əsas verir. Burada diqqət etməli əsas və müsbət məqam odur ki, Azərbaycan bütün inkişaf strategiyasını yalnız daxili resurslarına və öz gücünə əsaslanaraq qurub. Heç bir halda Ermənistan kimi ianə gözləmir, xarici borclara, yardımlara ümid bəsləmir.
 
Bəzi "fəlakət çağırışçıları"nın sevinci əbəsdir. Azərbaycan fəlakət astanasında deyil. Real vəziyyətin soyuq başla, qərəzsiz və təmkinli təhlili ölkədə aclıq, qıtlıq, sosial çöküş yaşanmayacağını göstərir. Əksinə, ölkə keyfiyyətcə yeni mərhələnin başlanğıcındadır.
 
Azərbaycan prezidentinin istər daxili, istərsə də xarici siyasət kursunda atdığı çevik addımlar, cəmiyyətin gözlədiyi qərarların veriləcəyini,  hər şeyin daha yaxşı olacağını söyləməyə əsas verir.
 
Prezidentin iradəsi bütün növ islahatların sürətlənəcəyini göstərir.
 
Yalnız informasiya sahəsinin mütəxəssisi olaraq, proseslərin cəmiyyətin iştirakı ilə, insanları məlumatlandıraraq aparılmasının tərəfdarıyam. Çünki müasir  cəmiyyətlər idarəçilik prosesində iştirak etmək, daim məlumatlanmaq istəyir. Prezident İlham Əliyev dəfələrlə məhz cəmiyyətin bu çağırışına cavab verib, ictimai nəzarətin vacibliyini xüsusi vurğulayıb. İctimai nəzarət, vətəndaş məsuliyyəti, prosesi qabağa aparmaq üçün ən yaxşı immunitetdir.
 
Cəmiyyət proseslər barədə mütəmadi məlumatlanmalıdır. Rəsmilər, dövlət qurumları, sahibkarlar danışmalı, informasiya resurslarında ciddi müzakirələr təşkil olunmalı, sosial şəbəkələrin monitorinqi artırılmalıdır. İnkişafın hər birimizdən, hər bir vətəndaşdan asılı olduğunu mütləq qəbul etməliyik.
 
Çünki "məndən ötdü" mərhələsi bitib!

Vüsalə Mahirqızı -"APA Holding"in rəhbəri

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ hərbiçisi paraşütünün açılmaması nəticəsində ölüb

29 May 2017 04:36

Los-Ancelesdə loft emalatxana - FOTO

29 May 2017 04:32

Ən parlaq canlılar

29 May 2017 04:21

Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb

29 May 2017 04:07

Şəkidə it ev sahibini dişlədi

29 May 2017 04:03

Universitetdə məktəb kampusu - FOTO

29 May 2017 03:32

Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur

29 May 2017 03:24

Braziliyada 50-dən artıq aviareys təxirə saxlanılıb

29 May 2017 03:22

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib

29 May 2017 03:22

Qaxın ucqar kəndinə dolu yağdı - FOTO

29 May 2017 02:58

Böyürtkənin inanılmaz faydaları

29 May 2017 02:49

"Roma"nın kapitanı Françesko Totti karyerasını başa vurub

29 May 2017 02:42

Cənubi koreya hərbiçiləri KXDR-in raket buraxılışını həyata keçirildiyi haqda xəbər veriblər

29 May 2017 02:36

Göydələndəki apartament - FOTO

29 May 2017 02:32

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

29 May 2017 02:28

Gəncədə avtomobil süpürgəçini öldürdü

29 May 2017 01:58

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

29 May 2017 01:57

Gürcü ekspert: “Ermənistandakı “İsgəndər-m” operativ-taktiki raket kompleksi region üçün təhlükədir"

29 May 2017 01:47

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 01:43

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi

29 May 2017 01:34

“Roma” "İmperator"u belə yola saldı - FOTO/VİDEO

29 May 2017 01:33

70-ci illərin binasındakı mənzil - FOTO

29 May 2017 01:32

Saqqal saxlayan kişilərə pis xəbər

29 May 2017 01:24

Goranboyda maşın aşdı - 4 yaralı

29 May 2017 01:19

ÇL-nin qrup mərhələsinə birbaşa vəsiqə qazanan klublar - SİYAHI

29 May 2017 01:09

Mayın 29-na olan

29 May 2017 00:58

Somalidə silahlı kişi insanlara atəş açıb: 6 ölü

29 May 2017 00:55

Abşeronda yanğın hadisəsi

29 May 2017 00:44

İran sərhədində atışma - Ölənlər var

29 May 2017 00:33

"Maşın" şou başladı

29 May 2017 00:23

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 00:15

Totti “Roma” ilə vidalaşdı

29 May 2017 00:14

Fələstinli gözəl Roma gecəsinə qatıldı - FOTO

29 May 2017 00:05

Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq

29 May 2017 00:05

Astroloji proqnoz - 29 may

29 May 2017 00:03

Kann Kinofestivalının qalibi bəlli oldu

28 May 2017 23:59

"Maşın" şou başladı - iştirakçıların siyahısı

28 May 2017 23:57

Aqil M.Quliyevin qızının 25 yaşı tamam olur

28 May 2017 23:57

Bu mübarək aya necə xitab edək?

28 May 2017 23:57

İtkin düşən tələbənin cəsədi Xəzərdən tapıldı - FOTO

28 May 2017 23:52

Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?

28 May 2017 23:52

“Müharibə Qarabağın astanasındadır” – Qriqori Trofimçuk

28 May 2017 23:52

Qızıl palma budağı mükafatının sahibi məlum oldu

28 May 2017 23:51

56 günlük körpəsini zəhərləyib öldürən ana - FOTO

28 May 2017 23:47

Oruclu adamların yayda ən çox ehtiyac duyduğu meyvələr

28 May 2017 23:47

Rüku halında nə qədər əyilmək lazımdır?

28 May 2017 23:47

Qızıl palma budağı mükafatının sahibi məlum olub

28 May 2017 23:43

Şəki sakinini it dişləyib

28 May 2017 23:42

Qaxa dolu yağıb - FOTO

28 May 2017 23:42

Yüksək təzyiq zamanı xalq təbabəti

28 May 2017 23:42