Məşhur model Sofia Verqara ana olmaq istəyir.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, model bu barədə "The Edit" jurnalına verdiyi müsahibəsində bildirib.
Sofia qeyd edib ki, həyat yoldaşı ondan 4 yaş kiçikdir:
"Həyat yoldaşım məndən 4 yaş kiçikdir. İstəyirəm ki, bir övladımız olsun. Təbii yolla ana olmaq istəmirəm. O demək deyil ki, bundan qorxuram? Etiraf edirəm ki, 43 yaşım var, ana olmağım çox çətindir".
Sofia Verqara aktyor Co Manqaniello ilə 2015-ci ildə ailə həyatı qurub.
Milli.Az