DÇ-2018-in seçmə mərhələsinin KONKAKAF zonasında növbəti oyunlar keçirilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri Nelson Bonillanın çıxış etdiyi Salvador millisi Hondurasla qarşılaşıb.
"Zirə"nin hücumçusu A qrupunun 3-cü turunun matçında 90 dəqiqə meydanda olub. O, komandasını ev oyunundakı məğlubiyyətdən xilas edib. Belə ki, Nelson 89-cu dəqiqədə qol vurub, hesabda tarazlıq yaradıb - 2:2.
Autsayderlərin duelindəki heç-heçədən sonra Salvador xal hesabını 2-yə çatdırıb. Martın 30-da Bonilla və komandası yenə Hondurasla, bu dəfə səfərdə qarşılaşacaq.
Qeyd edək ki, Salvador və Hondurasla eyni qrupda Meksika və Kanada da mübarizə aparır.
Milli.Az