Bakıda TEMRUS layihəsi çərçivəsində konfrans keçirilib

Bakıda TEMRUS layihəsi çərçivəsində konfrans keçirilib
13:33 14 Aprel 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

A+
A

Bakı, 14 aprel, Xatirə Cəfərova, AZƏRTAC
Xəzər Universiteti Gürcüstanın David Tveldiani Tibb Universitetinın əlaqələndiricisi olduğu “Layihə iştirakçılarının bacarıqlarının artırılması” adlı TEMPUS layihəsinin 14 tərəfdaşından biridir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində aprelin 14-də Bakıda konfrans keçirilib.
Xəzər Universitetinin rektoru Həsən Niknafs layihənin icrası çərçivəsində görülən işlərdən, əldə olunan nəticələrdən danışıb.
Qeyd olunub ki, layihənin əsas məqsədi Avropadakı mövcud bilikləri Qafqaz regionuna ötürmək və Qafqazdakı universitetlərdə bacarıqların artırılmasına kömək etməkdir. TEMPUS proqramı çərçivəsində beynəlxalq layihələr hazırlanıb və qrantların yazılması bacarıqları inkişaf etdirilib. Gənc tədqiqatçılar, doktorantlar və müəllimlər (gənc elmi işçilər) öz ideyalarını layihəyə çevirməyi və maliyyə dəstəyi tapmaq yollarından danışıblar. Ortaq layihə olan təkmilləşdirmə təlim proqramı çərçivəsində Qafqazın doqquz universitetinin gənc elmi işçilərinə Avropa İttifaqında layihə menecerləri üçün nəzərdə tutulmuş yeni vasitələrdən istifadə etməklə təlimlər keçirilib. Sənədlər toplusu, video və digər tədris resursları ilə zəngin interaktiv resurs platforması yaradılıb.
Rektor bildirib ki, Avropanın bilik və təcrübəsinin Qafqaz universitetlərinə uğurla ötürülməsi təşəbbüsünü dəstəkləyən bu layihə beş müxtəlif Avropa universiteti və təşkilatının iştirakı və dəstəyi ilə həyata keçirilir. Layihənin digər bir mərhələsində Xəzər Universitetində gənc tədqiqatçılar, doktorantlar və müəllimlər üçün üçaylıq təlim təşkil olunub.
Tədbirdə ”FireWorks” şirkətinin nümayəndəsi Toğrul Ələkbər, Xəzər Universitetinin əməkdaşı Rima Məmmədova və başqaları təqdimatlarla çıxış ediblər.
AZERTAG.AZ :Bakıda TEMRUS layihəsi çərçivəsində konfrans keçirilib

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_TEMRUS_layihesi_cherchivesinde_konfrans_kechirilib-942923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR