Britaniyanın ən məşhur uşaq yazıçılarından biri, 51 yaşlı Helen Beyli bazar ertəsi evdən çıxıb və qayıtmayıb. Onun harada olduğu bilinmir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, H.Beylinin qeyri-rəsmi nikahda olduğu əri, 55 yaşlı Yan Stüart da xanımının harada olduğundan xəbərsizdir.
"Onun Facebook-dakı son statusu "Özümə ayırmaq üçün vaxt arayıram" idi. Həmin statusdan sonra Helen yoxa çıxıb", - Yan Stüart söyləyib.
Beylinin əri, Stüartın da xanımı vəfat edib. Onlar iki ildir ki, birlikdə yaşayırlar.
Polis isə İngiltərənin Hartfordşir qraflığındakı Royston şəhərindəki evindən çıxıb geri qayıtmamış yazıçını arayır.
"Electra Brown and Daisy Davenport" romanlar seriyasından sonra məşhurlaşmış Helen Beylinin 22 il nikahda olduğu əri, 65 yaşlı yaşlı Con Sinfild 5 il əvvəl Barbadosda okeanda batmışdı.

Milli.Az

Məşhur yazıçı yoxa çıxıb - FOTO
Məşhur yazıçı yoxa çıxıb - FOTO
Məşhur yazıçı yoxa çıxıb - FOTO