Axşam.az xəbər verir ki, Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. O, 1965-ci ildən Filarmoniyanın, 1976-cı ildən bu günə kimi isə Opera və Balet Teatrının solistidir. Xanəndə, həmçinin, bir sıra yadda qalan obrazları - Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov - "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev - "Şah İsmayıl"), Aşıq Qərib (Z.Hacıbəyov - "Aşıq Qərib") yaradıb.
Qeyd edək ki, Canəli Əkbərov Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.
Xanəndə 1989-cu ildə əməkdar artist, 1992-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.