Argentina millisinin futbolçusu Lionel Messi zədələnib.
Milli.Az qol.az-a istinadən bildirir ki, o, Hondurasla yoldaşlıq matçında belindən zədə alıb. Bu səbəbdən Messi 64-cü dəqiqədə əvəzlənib.
Oyundan sonra millinin həkimi 28 yaşlı hücumçunun belində çat və sınıq aşkarlanmadığını bildirib. O, Messinin bərpa müdəttinin daha sonra məlum olacağını söyləyib.
Qeyd edək ki, Argentina - Honduras görüşü birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Milli.Az