Pop ulduz Rihanna öz ad gününü aktyor Leonardo DiKaprio ilə keçirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni 27 yaşını bir müddətdir sevgili olduqları deyilən aktyorun təşkil etdiyi qonaqlıqda keçirib. Gecədə Mİk Caqqer, Naomi Kempbell, Peris Hilton, Cey Zi, Beyons, Cim Kerri və başqa ulduzlar iştirak edib.

Ad günündə Rihanna və Leonardo hətta rəqs edib, mahnı oxuyublar

Bu arada barbadoslu sənətçinin keçmiş sevgilsi müğənni Kris Braun Rihanna və DiKaprio arasındakı sevgi münasibəti haqda fikrini bildirib:

"Mən onun şəxsi həyatına hörmət edirəm. Gəzən söz-söhbəti eşitmişəm. Əgər elədirsə, bu irəliyə doğru addılmış addımdır".

Xatırladaq ki, Qərb mediası iki məşhur ulduzun ilin əvvəlindən eşq yaşadığını iddia edir.