Dünyanın ən məşhur futbolçularından biri, İngiltərə yığmasının sabiq lideri Devid Bekhem ailəsi ilə birlikdə Yunanıstanda istirahət edir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 41 yaşlı Devid xanımı Viktoriya və övladları - 17 yaşlı Bruklin, 13 yaşlı Romeo, 11 yaşlı Krus və 4 yaşlı Harperlə birlikdə reportyorların nəzərlərindən uzaq çimərliyi seçmişdi.
Viktoriya Bekhem çimərlikdə çəkdiyi fotoları İnstaqram-dakı profilində paylaşıb.
Milli.Az










