Türkiyədə bir neçə dəfə süni mayalanma ilə ana olmağı yoxlayan aktrisa Beren Saat istədiyi nəticəni əldə etməmişdi.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hələ ABŞ-da olan aktrisanın müalicəsinə davam etməsi üçün Los-Ancelesdə qaldığı deyilir.
Günlərini Malibuda okean sahilindəki evlərində keçirən Beren hələ bir müddət orada yaşayacaq. Həyat yoldaşı Kənan Doğulu da Türkiyəyə tək qayıdıb. B.Saatın "Yenikapı" mitinqində iştirak etməməsinin səbəbi də müalicə alması imiş.
Qeyd edək ki, aktrisa bir ildən çoxdur ki, hamiləlik xəbərləri ilə gündəmə gəlir.