"Report"un məlumatına görə, Portuqaliyanın "Portu" klubunda çıxış edən Hyun-Jun Suk "bordo-mavilər"in uğuru üçün çalışacaq.
Futbolçunun hansı müddətə transfer edildiyi açıqlanmır. Yerli mətbuat Sukun transferi üçün 750 min avro ödənildiyini bildirib.
Qeyd edək ki, Hyun-Jun Suk Cənubi Koreya yığmasının futbolçusudur. Onun çıxış etdiyi komanda Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının 1/4 finalına yüksəlib. Cənubi Koreyanın rəqibi Honduras yığması olacaq və oyun avqustun 13-də keçiriləcək.